Prezident İlham Əliyev ÜST Baş direktorunu qəbul edib

Prezident İlham Əliyev ÜST Baş direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusu qəbul edib.
Görüşdə dövlət başçısı Azərbaycana səfərinə və Qlobal Bakı Forumunda iştirak etdiyinə görə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoruna təşəkkürünü bildirib. Azərbaycan Prezidenti COVID-19-a qarşı mübarizədə ÜST-nin Azərbaycana verdiyi tövsiyələrin və ölkəmizlə əməkdaşlığının yüksək qiymətləndirildiyini qeyd edib.
Tedros Adhanom Gebreyesus Azərbaycana səfərindən məmnunluğunu bildirib və COVID-19-a qarşı uğurlu mübarizənin aparılmasına, ölkəmizin bu sahədə milli, regional və beynəlxalq səviyyədə həyata keçirdiyi fəaliyyətə görə təbriklərini çatdırıb, eyni zamanda, pandemiya dövründə Azərbaycanın ÜST-yə verdiyi könüllü maliyyə töhfələrinə və dəstəyinə görə təşəkkürünü bildirib.
Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının sıx əməkdaşlıq etdiyini və Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanda COVID-19 ilə bağlı vəziyyətin çox yaxşı olduğunu, yoluxma sayının ən aşağı səviyyəyə düşdüyünü, vəziyyətin tam nəzarətdə saxlanıldığını deyib, əksər məhdudiyyətlərin aradan qaldırıldığını və normal həyata qayıdıldığını qeyd edib. Ölkə rəhbəri COVID-19-a qarşı mübarizə aparılmasına dair dövlətimizin siyasətinin vətəndaşlar tərəfindən böyük etimadla qarşılandığını və əhalinin pandemiya ilə mübarizə qaydalarına riayət etməsini məmnunluqla bildirib. Dövlət başçısı işğaldan azad olunmuş ərazilərimizdə səhiyyə infrastrukturunun qurulması layihələri ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlığın vacibliyini qeyd edib.
Tedros Adhanom Gebreyesus Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi uğurlara görə bir daha təbriklərini çatdırıb.
Görüşdə səhiyyə naziri Teymur Musayev də iştirak edib.





İYUN-2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova