Füzuli şəhərində xəstəxananın təməli qoyulub

Füzuli şəhərində xəstəxananın təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov görüləcək işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, bu tibb müəssisəsində üç bölmənin – inzibati, stasionar və ambulator xidmət bölmələrinin yaradılması nəzərdə tutulub. Stasionar xidmət bölməsindəki qəbul mərkəzində 40 çarpayılıq terapiya, o cümlədən kardiologiya və nevrologiya şöbələri fəaliyyət göstərəcək. Xəstəxanada həmçinin cərrahiyyə, travmatologiya-ortopediya, LOR, əməliyyat bloku, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya və hemodializ şöbələri yaradılacaq. Ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa diaqnostikası, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq.
Prezident İlham Əliyev xəstəxananın təməlini qoyub.
Məlumat verilib ki, müalicə ocağı maqnit rezonans tomoqrafiya və digər ən müasir tibbi avadanlıqla təmin olunacaq. Xəstəxana binasının zirzəmisi zəruri hallarda sığınacaq və hərbi hospital təyinatına malik strukturda inşa ediləcək.
Qeyd edək ki, gələcəkdə Füzuli rayonunda digər səhiyyə müəssisələrinin də tikintisi nəzərdə tutulub. Belə ki, rayonda Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Tibbi Yardım Stansiyası (hər növbədə 4 briqada olmaqla), Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin binası da inşa ediləcək.
Bu ilin fevralında Ağdamda, indi isə Füzulidə ən müasir tələblərə cavab verən səhiyyə ocaqlarının inşasına başlanması işğaldan azad olunan ərazilərin dirçəldilməsi istiqamətində həyata keçirilən kompleks abadlıq-quruculuq işlərinin mühüm tərkib hissələrindəndir. İşğaldan azad edilən ərazilərdə tibbi xidmətlərin təşkili işləri sürətlə həyata keçirilir. Fizuli Rayon Mərkəzi Xəstəxanası burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində mühüm infrastruktur layihələrindən biridir. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılacaq.





May 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova