Heydər Əliyev Mərkəzində “ÜST-nin Azərbaycanda fəaliyyəti: gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövzusunda dəyirmi masa keçirilib

Heydər Əliyev Mərkəzində “ÜST-nin Azərbaycanda fəaliyyəti: gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövzusunda dəyirmi masa keçirilib

Heydər Əliyev Fondu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin İnkişaf Tərəfdaşları ilə birgə “ÜST-nin Azərbaycanda fəaliyyəti: gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövzusunda dəyirmi masa təşkil edib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı kimi nüfuzlu bir təşkilat ilə sıx əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb: “Azərbaycanın müstəqilliyinin ilk illərində rastlaşdığı əsas çətinliklərdən biri də səhiyyə sahəsindəki problemlər idi. Xüsusilə vərəm, malyariya, difteriya, ana və uşaq sağlamlığının qorunmasındakı çatışmazlıqlar, təchizat məsələləri və digərləri. O illər başqa sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm islahatlar başladı, bir neçə ilə əməli nəticələr əldə olundu. Milli səhiyyə üçün bu çətin dövrlərdə bizə dəstək göstərən nüfuzlu təşkilatlardan biri Ümumdünya Səhiyyə Təşkilatı olub. O zamandan bu günə qədər ÜST ölkəmizin müxtəlif infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizəsində və milli səhiyyənin potensialının artırılmasında etibarlı tərəfdaşımızdır”.
“Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyinin və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlıq bu islahatların təməlini təşkil edir.
Səhiyyə sahəsində aparılan mühüm işlərdə Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu böyükdür. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub”, - deyə Teymur Musayev fikrini tamamlayıb.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunda həyata keçirdiyi layihələrdə Azərbaycanın fəal iştirak etdiyini diqqətə çatdırıb. Heydər Əliyev Fondunun ÜST ilə sıx əməkdaşlıq etdiyini vurğulayan natiq COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində çoxsaylı birgə layihələrin icra olunduğunu, həkimlərin təlimlərə cəlb edilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi, əhalinin maarifləndirilməsi, ÜST-nin protokollarının ölkədə tətbiqi istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. S.Məmmədov ilkin səhiyyə xidmətinin gücləndirilməsi, ailə həkimi təsisatının təkmilləşdirilməsi, tibbi təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondu ilə ÜST arasında sıx əməkdaşlığın qurulduğunu bildirib. Azərbaycanın ÜST-nin təşəbbüsü ilə reallaşdırılan “Sağlam şəhərlər” proqramına qoşulduğunu, tezliklə bu layihənin Bakı şəhəri, Şamaxı və Ağdam rayonlarında tətbiqinə başlanılacağını vurğulayıb. O, Heydər Əliyev Fondu adından Azərbaycanla ÜST arasında əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə və ölkəmizə dəstəyinə görə təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancıya təşəkkürünü çatdırıb.
ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri Klüge “Gələcək əməkdaşlıq naminə fikir mübadiləsi” mövsusunda çıxış edib. O, Avropa İmmunlaşdırma Həftəsinin qeyd olunduğu bir vaxtda COVID-19 pandemiyasından çıxarılan dərslər əsasında keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığın artırılmasının və zəruri peyvəndlərin əhəmiyyətini vurğulayıb: “Pandemiya keyfiyyətli səhiyyə xidmətlərinin hər kəsə əlçatanlığının təmin olunmasının vacibliyini bir daha təsdiq etdi. Bu istiqamətdə Azərbaycanın atdığı konkret addımları, Prezident Əliyevin dəstəyi ilə aparılan səhiyyənin maliyyələşdirilməsi islahatlarını görməkdən çox məmnunam”.
ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı bu qurumun Azərbaycanda həyata keçirdiyi layihələr haqqında məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın ÜST ilə qarşılıqlı əlaqədə fəaliliyyəti müsbət nəticələr verməkdədir.
Sonra Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda 28 illik fəaliyyətini əks etdirən fotosərgi təqdim olunub.





Aprel 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova