“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər olunub

“Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər olunub

Milli Məclisin 2022-ci ilin yaz sessiyasının növbəti plenar iclasında gündəlikdəki 11 məsələ müzakirə edilib.
Əvvəlcə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənilib. Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında 2021-ci il üzrə məruzəni təqdim edib. O cümlədən bildirib ki, koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində iqtisadi, sosial sahələrdə cavab tədbirləri, müalicə və vaksinasiyanın hər kəsə əlçatan olması infeksiyanın yayılmasının qarşısının alınmasına, pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasına, insan sağlamlığının daha səmərəli mühafizəsinə imkan yaradıb.
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanıb.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Qanunun 15-11.8-ci maddəsinə təklif olunan dəyişikliyin məqsədi idxal edilən aksizli mallar üzrə icbari tibbi sığorta haqlarının ödənilməsinə nəzarət mexanizminin yaradılmasının təsbit edilməsidir. Qanunun 16-4.4-1-ci maddəsinə əsasən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə 15-28.3-cü və 15-28.4-cü maddələri 2022-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minir. Layihədə bu maddələrin tətbiqinin 2023-cü il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənəd barədə komitənin rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova