Səhiyyə naziri USAID-in missiya direktoru və ÜST nümayəndəliyinin rəhbəri ilə görüşüb

Səhiyyə naziri USAID-in missiya direktoru və ÜST nümayəndəliyinin rəhbəri ilə görüşüb

Səhiyyə Nazirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Cey Sinqx və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev görüşdə bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində pandemiya ilə mübarizədə Azərbaycan vətəndaşları müxtəlif texnoloji platformalar əsasında hazırlanmış peyvəndlərlə təmin ediliblər. Bundan əlavə, Azərbaycan COVID-19-la uğurla mübarizə aparır və hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır.
Görüş zamanı nazir həmçinin ölkəmizdə rəqəmsal və innovativ texnologiyalardan istifadə, səhiyyə sistemində aparılan islahatlar haqqında məlumat verib.
Müharibə iştirakçılarının və onların ailə üzvlərinin psixoloji və posttravmatik reabilitasiyası istiqamətində fikir mübadiləsi aparılıb.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə tibbi infrastrukturun bərpası, səhiyyə müəssisələrində yeni texnologiyaların tətbiqi müzakirə olunub.
İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı gələcəkdə birgə layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova