Səhiyyə Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Səhiyyə Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus ilə görüşüb.
Görüş zamanı ölkəmizin səhiyyə sistemində yeni texnologiyaların tətbiqi, bu sahədə çalışan şəxslərin peşəkarlığının artırılması, təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb.
Səhiyyə naziri Teymur Musayev öz çıxışında Azərbaycan və Dünya Bankı arasında əlaqələrin çoxşaxəli və səmərəli olduğunu vurğulayıb. Rəqəmsal texnologiyalardan istifadənin səhiyyə sistemində aparılan islahatların əsasını təşkil etdiyini bildirən nazir ötən ildə elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə istiqamətlərində mühüm addımlar atıldığını diqqətə çatdırıb.
Teymur Musayev həmçinin səhiyyənin rəqəmsallaşdırılmasında ölkəmizə göstərdiyi dəstəyə görə Dünya Bankına təşəkkürünü bildirib.
Öz növbəsində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Azərbaycanın səhiyyə sistemində aparılan islahatları yüksək qiymətləndirib. Dünya ölkələri üçün qlobal problemə çevrilən COVID-19 infeksiyası mövzusuna toxunan Sebastian Molineus ölkəmizin pandemiya ilə mübarizədə gördüyü işlərin təqdirəlayiq olduğunu deyib.
Görüş zamanı həmçinin düşmən işğalından azad edilmiş ərazilərdə tibbi infrastrukturun bərpası ilə bağlı fikir mübadiləsi aparılıb.
Konstruktiv və dostluq şəraitində keçən görüşdə gələcəkdə birgə layihələrin həyata keçirilməsi ətrafında faydalı müzakirələr aparılıb.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova