Mehriban Əliyeva Rusiyada ölkəmizin pandemiyaya qarşı mübarizə təcrübəsini bölüşüb

Mehriban Əliyeva Rusiyada ölkəmizin pandemiyaya qarşı mübarizə təcrübəsini bölüşüb
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın TASS agentliyində bu ölkənin aparıcı KİV rəhbərləri ilə keçirilən görüşdə Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsindən danışıb.
AZƏRTAC xəbər verir ki, Mehriban Əliyeva Azərbaycanda birinci mərhələdə sərhədlərin bağlanması barədə qərarın kifayət qədər tez qəbul olunduğunu diqqətə çatdırıb.
“Bu, əlbəttə, müəyyən dərəcədə kömək etdi, lakin hadisələrin sonrakı gedişi göstərdi ki, güclü, ciddi karantin rejimləri nə dərəcədə kifayət imiş. Bundan başqa, tez bir zamanda daha bir vacib tədbir görülməli idi və komanda bu işin öhdəsindən gəldi. Təbii ki, səhiyyə sahəsində bizim zəif yerlərimiz gözdən keçirilməli idi, çünki əsas problem səhiyyə sistemində kollaps idi və artıq təxminən aprel ayında bizdə nəyin çatışmadığını bilirdik. Biz qısa müddətdə on, sonradan isə daha iki – cəmi 12 modul tipli xəstəxana ala bildik”, - deyə Birinci vitse-prezident bildirib.
Mehriban Əliyeva daha sonra Azərbaycanda vaksinasiya prosesinin gedişindən, bu prosesdə Azərbaycan Prezidentinin əhaliyə müraciət və tövsiyələrinin əhəmiyyətindən, komanda işinin uğurlu nəticələrindən bəhs edib.





Avqust 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova