Azərbaycan Respublikası Prezidentinin Sərəncamları

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları

T.Y.Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilsin.
2. “Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 aprel tarixli 2602 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 372) ləğv edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2022-ci il

***

T.Y.Musayevin Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 yanvar 2022-ci il

***

M.Ə.Salmanovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Məmməd Əhəd oğlu Salmanov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 yanvar 2022-ci il


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova