Valyuta.com

ÜST Azərbaycan modelinin tətbiqini digər ölkələrə tövsiyə edəcək

ÜST Azərbaycan modelinin tətbiqini digər ölkələrə tövsiyə edəcək

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qiymətləndirmə missiyasının nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirildiyinə görə, missiyanın məqsədi Azərbaycanda mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir. Eyni zamanda, ÜST-nin nümayəndələri və ekspertləri COVID-19 və ya hər hansı digər fövqəladə hallarla əlaqədar Fövqəladə Hallara Cavab Məlumat İdarəetmə Sisteminin təkmilləşdirilməsinə və COVID-19 üçün mövcud sistemin ümumi məlumatlar axını sisteminin tərtib olunmasına dair texniki dəstək göstərmək məqsədilə Azərbaycana gəliblər.
Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda Azərbaycanda hazırkı vəziyyət və COVID-19 infeksiyasına qarşı görülən tədbirlər müzakirə edilib.
İclasda çıxış edən səhiyyə nazirinin müavini Viktor Qasımov ÜST nümayəndələri ilə Azərbaycan arasında illər ərzində davam edən çox məhsuldar işbirliyinin olduğunu vurğulayıb, bu əməkdaşlığın gələcəkdə daha yüksək nəticələr verəcəyinə inandığını söyləyib. Nazir müavini görülən işlərə görə bütün missiya üzvlərinə öz minnətdarlığını bildirib.
Toplantıda ÜST-nin missiyasının rəhbəri Paula Vaskonselos “COVID-19 və ya hər hansı digər fövqəladə hallarla əlaqədar Fövqəladə Hallara Cavab Məlumat İdarəetmə Sistemini təkmilləşdirmək” mövzusunda təqdimatla çıxış edib. Missiya rəhbəri vurğulayıb ki, ÜST COVID-19 infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə koronavirus pandemiyası başlayandan bəri ölkəmizlə yaxından əməkdaşlıq edir və bir sıra layihələri birgə həyata keçirir. “Göstərilən dəstək ictimai səhiyyə sahəsində fövqəladə halların qarşısının effektiv formada alınması, aşkarlanması və tədbirlərin gücləndirilməsi məqsədi daşıyır”, - deyə Paula Vaskonselos əlavə edib.
Missiyanın rəhbəri ölkəmizdə səhiyyə sahəsində müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmasını, xüsusən də Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sisteminin tətbiqini yüksək qiymətləndirib. O, həmin sistemin Azərbaycan modelinin digər ölkələrdə də tətbiq olunmasını tövsiyə edəcəyini bildirib.
Qeyd edək ki, ÜST nümayəndələri və ekspertləri qiymətləndirmə aparılması məqsədilə ölkəmizin səhiyyə obyektlərində olublar.шаблоны для dle 11.2





Dekabr2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova