Prezident İlham Əliyev: "Biz pandemiyaya qarşı birgə cavab verdik"

Prezident İlham Əliyev: "Biz pandemiyaya qarşı birgə cavab verdik"

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulun Demokratiya və Azadlıqlar Adasında keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə iştirak edib.
Dövlət Başçıları Şurasının iclasını açan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün qonaqları İstanbulda salamlayıb, Zirvə Görüşünün əlaqələrimizdə yeni mərhələ açacağına əminliyini ifadə edərək deyib: “Sədrliyi təhvil aldığımız can Azərbaycana, pandemiyaya baxmayaraq, həyata keçirdiyi uğurlu fəaliyyətlər münasibətilə təbriklərimi çatdırıram”.
“Siyasi və ictimai həmrəylik kimi, iqtisadi və ticari əlaqələri də gücləndirmək lazımdır”, - deyən Türkiyə Prezidenti hazırda türkdilli ölkələr arasındakı ticarət dövriyyəsinin 21 milyard dollar təşkil etdiyini bildirib, qarşılıqlı sərmayələrin əhəmiyyətini, bu sahədəki maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Zirvə Görüşündə Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim edib.
Dövlətimizin başçısı Zirvə Görüşündə çıxış edib.
İlk növbədə, bu yüksək mükafata – Türk Dünyasının Ali Ordeninə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti bunun böyük şərəf və məsuliyyət olduğunu deyib. Qeyd edib ki, İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı. Rəmzi hal ondan ibarətdir ki, bu mükafatı Azərbaycan Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verən zaman alır. Bu, bizim son iki il ərzindəki işlərimizə də verilən qiymətdir.
Prezident İlham Əliyev vurğulayıb ki, bu gün türk dövlətlərinin birgə gələcəyi üçün ortaq köklərimiz, dilimiz, dinimiz və ortaq maraqlarımız kimi çox möhkəm zəmin var. Dövlət başçısı Azərbaycanın ikiillik sədrlik dönəmində türk dünyasının birləşməsi üçün göstərdiyi səylərdən danışıb.
Azərbaycan Prezidenti yeni növ koronavirus infeksiyası əleyhinə mübarizədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Bu gün dünyanı bürüyən pandemiyaya qarşı biz birgə cavab verdik. Keçən ilin aprel ayında videokonfrans şəklində Zirvə Görüşü keçirilmişdir. Bizim təşkilatımızda həm üzv ölkələr bir-birinə kömək göstərirlər, həm də başqa ölkələrə kömək göstəririk”


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova