Valyuta.com

Milli Məclisin plenar iclaslarında səhiyyə ilə bağlı məsələlər müzakirə olunub

Milli Məclisin plenar iclaslarında səhiyyə ilə bağlı məsələlər müzakirə olunub

Milli Məclisin payız sessiyasının oktyabr ayında keçirilmiş plenar iclaslarında səhiyyə ilə bağlı bəzi qanun layihələrinə baxılıb.
Oktyabrın 15-də keçirilən iclasda gündəlikdəki məsələlərin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib.
Müzakirələrdə deputatlar Razi Nurullayev, Vüqar Bayramov, Aydın Hüseynov, Rüfət Quliyev, Musa Quliyev, Rəşad Mahmudov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev səhiyyə sahəsi ilə bağlı bir sıra fikirlərini bölüşüblər. Komitə sədri sualları cavablandırıb, səslənən fikirlərə münasibət bildirib.
Qanun layihəsi səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.
Gündəlikdəki növbəti məsələni təqdim edən Səhiyyə komitəsinin sədri bildirib ki, ikinci oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi parlamentin 6 komitəsində müzakirədən keçib. Adıçəkilən qanunlara təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır.
İclasda bu qanun layihəsi də ikinci oxunuşda dəstəklənib.
Milli Məclisin payız sessiyasının oktyabrın 29-da keçirilmiş növbəti plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Sənəd haqqında Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Qeyd edilib ki, dəyişikliyə əsasən, icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq edəcək. O, layihənin ikinci oxunuşunda deputatların səhiyyə sahəsi ilə bağlı qaldırdığı məsələlərə də aydınlıq gətirib.
Musa Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva layihə ilə bağlı müzakirələrdə çıxış edib, suallarını səsləndirib, fikirlərini bildiriblər. Əhliman Əmiraslanov qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra layihə səsə qoyularaq qəbul edilib.
Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini də üçüncü oxunuşda təqdim edən Əhliman Əmiraslanov sənədlə bağlı ikinci oxunuşdan sonra komitəyə heç bir təklifin daxil olmadığını deyib, layihənin səsə qoyulmasını təklif edib. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova