Valyuta.com

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan qurum şəhid ailələrinə və qazilərə qayğını artıracaq

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan qurum şəhid ailələrinə və qazilərə qayğını artıracaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman verib.
Sənəddə qeyd olunur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və ərazilərin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin, şəffaflığın artırılması, habelə xidmətlərin vahid məkandan təxirəsalınmaz və operativ icrasını təmin etmək məqsədilə “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılır.
Bu Fərmanla “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası”, eləcə də həmin mərkəzlərdə göstərilən xidmətlərin və onları göstərən dövlət orqanlarının siyahısı təsdiq edilir.
Sonuncu sənəddə Səhiyyə Nazirliyi ilə bağlı da bənd yer alıb. Belə ki, vahid əlaqələndirmə mərkəzlərində Səhiyyə Nazirliyi öz tabeliyində olan tibb müəssisələrində tibbi yardım göstərilməsi ilə bağlı müraciətləri qəbul edəcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə mərkəzdə öz tabeliyindəki tibb müəssisələrində səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu ilə yanaşı, immunoprofilaktikaya dair məlumat verilməsi, tibbi arayışların elektron registrindən məlumatların verilməsi kimi xidmətlər də təqdim edəcək.
Mərkəzdə xidmət göstərəcək dövlət qurumları daxil olan müraciətlərin icrasını, vaxtında və tam (əhatəli) cavablandırılmasını təmin etmək məqsədilə mövcud ştat vahidləri çərçivəsində müvafiq struktur bölməsi yaratmalı və ya bununla bağlı səlahiyyətləri mövcud struktur bölməsinə həvalə etməlidirlər. Mərkəzlər həmçinin zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin olunmalı, həmin resursların zəruri dövlət informasiya sistemlərinə çıxışı təşkil edilməlidir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təsdiq edilən siyahıda nəzərdə tutulmuş dövlət qurumlarının göstərilmiş xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan müəyyən olunub. Dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək məqsədilə əmək və əhalinin sosial müdafiəsi nazirinin rəhbərliyi ilə həmin qurumların rəhbərlərinin müavinlərinin təmsil olunduğu Əlaqələndirmə Komissiyası yaradılacaq.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova