Valyuta.com

Prezident İlham Əliyev: “Bu gün Azərbaycan pandemiya ilə mübarizədə öndə gedən ölkələrdəndir”

Prezident İlham Əliyev: “Bu gün Azərbaycan pandemiya ilə mübarizədə öndə gedən ölkələrdəndir”

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı onlayn tədbir keçirib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib.
Geniş tədbirdə COVID-19 pandemiyası ilə bağlı bəzi məsələlərə də toxunulub.
Müzakirələri açan Dünya Bankının sabiq vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldin çıxışında qeyd edib ki, Mərkəz beynəlxalq səviyyədə get-gedə daha çox tanınır. Bakı Qlobal Forumu regionda birinci dərəcəli tədbirə çevrilib və beynəlxalq təqvimdə xüsusi yer tutmağa nail olub. Dünyanın bir çox tanınmış şəxsləri tədbirlərdə iştirak edib. 2020-ci ildə keçirilməli olan Bakı Qlobal Forumunun pandemiya səbəbindən təxirə salındığını və bu ilin sonrakı aylarına planlaşdırıldığını söyləyən natiq COVID-19 şəraitində çox fəal iş getdiyini, 28 konfrans, 90 sessiya təşkil edildiyini deyib, Mərkəzin pandemiyaya və onun fəsadlarına qarşı mübarizədə göstərilən səylərdə və həmrəylik təşəbbüslərində çox fəal olduğunu qeyd edib.
Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberq müzakirələrə aparıcılıq edib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev əvvəlcə çıxış edib, sonra isə iştirakçıların suallarını cavablandırıb.
2013-2019-cu illərdə Çinin xarici işlər nazirinin müavini olmuş, hazırda Çin Xalq Xarici Əlaqələr İnstitutunun prezidenti Vanq Çao deyib ki, bu gün dünya dərin dəyişikliklərlə qarşılaşıb və COVID-19 pandemiyası ilə üz-üzə qalıb. Dünyanın heç bir ölkəsi bu çağırışlarla bağlı sığortalı deyil və onların öhdəsindən təkbaşına gələ bilməz. Onun “İkitərəfli və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinin artdığı bir vaxtda ölkələrimiz mövcud yaxşı ikitərəfli münasibətləri və əməkdaşlığı hansı sahələrdə və necə daha da yüksək səviyyəyə qaldıra bilər?” sualına cavab olaraq Azərbaycan Prezidenti xatırladıb ki, Azərbaycan ilə Çin arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb: “Bu fürsətdən istifadə edərək Prezident Si Cinpinə Azərbaycanın “Sinovac” peyvəndi ilə təmin olunmasında nəzakətli dəstəyinə görə təşəkkürümü ifadə etmək istəyirəm. Bizim istəyimiz dərhal yerinə yetirildi və məhz buna görə bu gün Azərbaycan pandemiya ilə mübarizədə öndə gedən ölkələrdəndir. Bunun sayəsində bu gün biz 1,9 milyon insanı peyvənd etməyə müvəffəq olmuşuq. Bu, bizim ümumi əhalimizin təqribən 20 faizini təşkil edir və istifadə olunan peyvəndlər 99,99 faiz Çin istehsalıdır. Biz milyonlarla vaksin sifariş etmişik, o cümlədən digər istehsalçılardan. Lakin bu gün həmin o dostluq jesti olmasaydı, biz çox çətin vəziyyətdə qala bilərdik. Biz bunu dostluq jesti, yaxın və səmimi münasibətlərin göstəricisi olaraq çox yüksək qiymətləndiririk”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri, 2012-2015-ci illərdə xarici işlər naziri olmuş Zlatko Laqumdziya öz çıxışında Prezident İlham Əliyevə təşəkkür edib: “COVID-19 böhranı zamanı Bosniya və Herseqovinaya verdiyiniz şəxsi və konkret dəstəyə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qərbi Balkanlarda olması və apardığı fəaliyyətə rəhbərliyiniz və sadiqliyinizə görə Sizə təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm”.
Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsində Qələbə münasibətilə təbriklərə, COVID-19-la bağlı verdiyimiz dəstəyin yüksək dəyərləndirilməsinə görə təşəkkürünü bildirib: “Biz dünyanın 30-dan artıq ölkəsinə maliyyə və humanitar dəstək göstərdik. Təbii ki, Bosniya və Herseqovina dost olaraq həmin ölkələr sırasında idi”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, 2001-2011-ci illərdə Ərəb Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin xarici işlər naziri olmuş Amr Musanın supergüclər arasında qlobal gərginliklər və Qoşulmama Hərəkatının burada rolu ilə bağlı sualına cavabında Prezident İlham Əliyev deyib ki, Azərbaycan Qoşulmama Hərəkatının Bakıda keçirilən sammitində Hərəkata sədrliyi qəbul edəndə biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyimizi bildirdik və buna sadiqik, beynəlxalq hüququn əsas prinsiplərini əks etdirən Bandunq Prinsiplərinə sadiqik. O vaxtdan bəri Azərbaycan sözünə əməl etmişdir. Dövlətimizin başçısı həmçinin söyləyib: “Qoşulmama Hərəkatının sədri olaraq biz bir neçə təşəbbüsə start vermişik. Birincisi, bizim COVID-19-la bağlı onlayn sammitimiz olub. Sonra biz BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olduq. Təşəbbüsümüz 190-dan çox ölkə tərəfindən dəstəkləndi və ötən ilin dekabrında həmin sessiya keçirildi. Bu, çox vacib idi, çünki biz peyvəndlərin paylanılmasında çətinliklə bağlı çox aydın mesaj göndərdik və peyvənd millətçiliyi artıq beynəlxalq liderlər, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən istifadə olunan termindir. Biz ehtiyac olduğundan bir neçə dəfə çox peyvənd sifariş etmiş və faktiki olaraq inkişaf etməkdə olan ölkələri peyvənd vurmaq, öz sağlamlığını və həyatını qorumaq hüququndan məhrum etmiş bəzi ölkələrin hərəkətlərinə qarşı ciddi etirazımızı bildirmişdik. Biz inkişaf etməkdə olan ölkələrə peyvəndlərlə bağlı daha çox dəstəyin göstərilməsini də təşviq edirdik. Qoşulmama Hərəkatının əksər üzvləri inkişaf etməkdə olan ölkələrdir. Peyvəndləri almağa imkanı olmayan ölkələrə beynəlxalq donor təşkilatlarından dəstəyin göstərilməsini təşviq edirdik. Beləliklə, Qoşulmama Hərəkatı öz səylərini davam etdirəcək”.шаблоны для dle 11.2





Oktyabr 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova