COVID-19-la mübarizə aparan tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi oktyabrın 1-dək uzadılıb

Baş Nazir Əli Əsədov “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Sənədə əsasən, adı çəkilən ilkin Qərarın 2-ci hissəsində “iyulun 1-dək” sözləri “oktyabrın 1-dək” sözləri ilə əvəz edilib. Beləliklə, COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi daha 3 ay uzadılıb.
Xəbəri paylaş