Azərbaycan Səhiyyə naziri və İtaliya Səfiri COVİD-19-la mübarizə üzrə təcrübə mübadiləsi ediblər

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari ilə görüşüb.
Görüşdə koronavirusla mübarizədə İtaliya və Azərbaycan tərəfindən həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan tərəfi İtaliyanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib.
Tərəflər iki ölkənin səhiyyə sektorları arasında mövcud olan, onkologiya, ortopediya və biotəbabət kimi sahələri əhatə edən ikitərəfli əlaqələr barədə də danışıblar.
Xəbəri paylaş