Qazax Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib

Qazax Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin qərb bölgələrinə səfəri çərçivəsində Qazax Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Ölkə rəhbərinə məlumat verilib ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilmişdi və uzun illər təmir işlərinin aparılmaması səbəbindən yararsız vəziyyətə düşmüşdü. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa edilib. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilmiş xəstəxanada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa diaqnostikası, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Ərazidə qəbul, laboratoriya, təcili tibbi yardım şöbələrinin, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli bölməsinin, yoluxucu xəstəliklər korpusunun, Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin də fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Prezident İlham Əliyevə icbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət xəstəxanalarında tibbi fəaliyyətin təşkilindəki əsas dəyişikliklər barədə məlumat verilib. Bildirilib ki, Təcili və təxirəsalınmaz tibbi yardım bölməsi həftənin 7 günü 24 saat fəaliyyət göstərərək, müraciət edən xəstələrin çeşidlənməsini, stasionar şöbələrə yerləşdirilməmişdən əvvəl həkim nəzarəti altında müayinə və müalicələrinin həyata keçirilməsini təmin edir. Xəstələr bu bölmənin fəaliyyəti nəticəsində müşahidə altında saxlanılır, hər şey qaydasında olarsa, ambulator müalicə üçün evə yazılır, nəticədə, stasionar şöbələrə düşən yükün həcmi kəskin azalır. Steril şəraitin təmin edilməsi üçün laboratoriya şöbələri xəstələrin birbaşa daxil ola biləcəyi ərazilərdən kənarda yerləşdirilib, qan və digər nümunələrin alınması üçün xüsusi otaqlar yaradılıb, zəruri avadanlıqla təmin edilib. Ambulator tibbi xidmətin göstərilməsi üçün xəstəxana binalarının birinci mərtəbələrində poliklinikalar yaradılıb. Bütün həkimlər ambulator xəstə qəbulunu poliklinikalarda həyata keçirirlər.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova