Azərbaycan Hökuməti “COVID-19 müraciəti” Fonduna maliyyə yardımının verilməsi barədə qərar qəbul edib

Azərbaycan Hökuməti “COVID-19 müraciəti” Fonduna maliyyə yardımının verilməsi barədə qərar qəbul edib

Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı edib.
Bu barədə Nazirlər Kabinetindən verilən məlumatda bildirilib ki, Azərbaycan Respublikası ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova