Tibb işçiləri təltif edildilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında” Sərəncam imzalayıb.
Sənədə əsasən, Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Əməkdar həkim” və “Əməkdar jurnalist” fəxri adları verilib. O cümlədən, Natiq Avil oğlu Əliyev və Emiliya Əşrəf qızı Hüseynova “Əməkdar həkim” fəxri adı ilə təltif ediliblər.
Xəbəri paylaş