Bir sıra qanunlara dəyişiklik olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlarında dəyişiklik edilməsi barədə Qanunu və onun tətbiqi ilə bağlı Sərəncam imzalayıb.
Dəyişikliklər sadalanan qanunların “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması ilə əlaqədardır.
O cümlədən, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun 7.0.4-cü maddəsi aşağıdakı redaksiyada verilir: “7.0.4. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.
Xəbəri paylaş