“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2575) 2-ci hissəsinə “Talassemiya Mərkəzi” sözlərindən sonra “B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2019-cu il.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2019-cu il.
Xəbəri paylaş