TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinin siyahısı təsdiq edilib

“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərar qəbul edib.
Sənədə əsasən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilib.
Qərar 2020-ci il yanvarın 1-də qüvvəyə minəcək.
Xəbəri paylaş