Prezident İlham Əliyev tibb işçilərini təltif etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının hakimlərinə və ədliyyə orqanları işçilərinə fəxri adların verilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə, məhkəmə və ədliyyə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında tibb işçiləri də var. Belə ki, İftixar Qurbanov “Əməkdar həkim”, Səttar Əsgərov “Əməkdar tibb işçisi” fəxri adı alıb.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Xəbəri paylaş