İcbari tibbi sığorta üzrə sənədlərdə dəyişikliklər edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2016-cı il 15 fevral tarixli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
Dövlət başçısının digər Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin “Tibbi sığorta haqqında” Qanunun tətbiq edilməsi barədə 1999-cu il 30 dekabr tarixli Fərmanının 2-ci hissəsinin üçüncü abzasına “11-ci maddəsində” sözlərindən sonra “(Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən baza zərfi (əsas xidmətlər) istisna olmaqla)” sözləri və “15-ci maddəsinin birinci hissəsində” sözlərindən sonra “(Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən tariflər istisna olmaqla)” sözləri əlavə edilir.
Xəbəri paylaş