Tibb işçiləri təltif edildilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Bu sənədə əsasən, bir qrup şəxs dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə orden və medallarla təltif edilib. Onların arasında Səhiyyə Nazirliyinin də nümayəndələri var.
Belə ki, səhiyyə nazirinin müavini Abbas Soltan oğlu Vəlibəyov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun məsləhətçisi Oleq Ənvər oğlu Səlimov isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə mükafatlandırılıb.
Dövlət başçısının imzaladığı daha bir sənədə – Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına fəxri adların verilməsi haqqında Sərəncama əsasən, uzunmüddətli səmərəli fəaliyyətlərinə görə fəxri adlar alan hərbi qulluqçular arasında da tibb işçisi var. Belə ki, tibb xidməti polkovnik-leytenantı Tofiq Tağı oğlu Tağıyev “Əməkdar həkim” fəxri adına layiq görülüb.
Xəbəri paylaş