Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri “İlkin tibbi yardım” təlimi keçiblər

Aprelin 27-dən 29-dək paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi zamanı tamaşaçılara ilkin tibbi yardım göstərilməsi üçün təlimlər keçirilib. Respublika Müalicə Diaqnostika Mərkəzində təşkil olunan təlimlərə Azərbaycan Tibb Universitetinin tələbələri və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlarından ibarət 200 nəfərə yaxın könüllü cəlb edilib. Səhiyyə müəssisəsində təlim mərkəzinin rəhbəri Samir Zeynalov könüllülərə “İlkin tibbi yardım” mövzusunda nəzəri və praktiki

31-03-2018, 07:20

Orqan Transplantasiyası Günləri konfransı

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında IV Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı keçirilib. Tədbirdə Klinikanın direktoru, professor Surxay Hadıyev konfransın əhəmiyyətindən bəhs edib. Orqan nəqlinin tətbiqində Azərbaycan və Türkiyənin nailiyyətlərindən danışan natiq bu sahədə uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Professor Sezai Yılmazın rəhbərliyi altında Bakıya gələn qonaqları salamlayan S.Hadıyev konfransın işinə uğurlar arzulayıb.

31-03-2018, 07:15

Tacikistan səhiyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə həmin ölkənin səhiyyə və əhalinin sosial müdafiəsi naziri Olimzoda Nasim ilə görüşüb. AZƏRTAC xəbər verir ki, iki ölkə arasında səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığın müxtəlif tərəfləri görüşdə müzakirə predmeti olub. Nazir Azərbaycanın son illərdə tibb sahəsində əldə etdiyi uğurlar, yeni xəstəxana və diaqnostika mərkəzlərinin yaradılması və ən yeni avadanlıqlarla təchiz edilməsi barədə məlumatı olduğunu bildirib və qeyd

28-02-2018, 12:14

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının iclasları keçirilib

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının fevral ayında keçirilən ilk iclasında iştirakçılar əvvəlcə şuraya yeni qəbul olunan üzvləri təbrik ediblər. Toplantıda elmi tədqiqat işlərinin etik ekspertiza sisteminin inkişafında Qazaxıstanın təcrübəsi və davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası müzakirə olunub. İclasda Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionu üzrə Təhsil Mərkəzinin rəhbəri, Qazaxıstan Səhiyyə Nazirliyinin etika komissiyasının katibi, professor Baxit Sarımsakova

28-02-2018, 12:13

Ölkə səhiyyəsində qazanılan mühüm nailiyyətlər Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda bu il aprelin 11-ə təyin edilmiş prezident seçkilərində tibb ictimaiyyətinin Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Sudeyif İmamverdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışıb. O, Azərbaycanın dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil

28-02-2018, 12:10

Səhiyyə Nazirliyində müşavirə keçirilib

Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantı keçirilib. Azərbaycan səhiyyəsi son 14 ildə böyük inkişaf yolu keçib İclası giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham

28-02-2018, 11:56

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanuna dəyişiklik edildi

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında 19 məsələyə baxılıb. Məlumat verilib ki, ölkə başçısının “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əlaqədar olaraq, bəzi qanunlarda dəyişikliklər edilməsi zərurəti meydana gəlib. Gündəlikdə duran məsələlərdən bir neçəsi məhz bununla əlaqədar olub. İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib ki, “Sanitariya-epidemioloji salamatlıq

28-02-2018, 11:54

Səhiyyə naziri dünya çempionatında tibb xidmətinin təşkilinə dair əmr imzalayıb

Səhiyyə naziri Oqtay Şirəliyev 2018-ci ildə velosiped idmanının “BMX Racing” növü üzrə Bakı şəhərində keçirilməsi planlaşdırılan dünya çempionatının təşkilinə dair əmr imzalayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, sənəddə BMX (Velopark) stadionunda tibb məntəqəsinin yaradılması və yarış zamanı tibb xidmətlərinin göstərilməsi, çempionat iştirakçılarının və qonaqların yaşayacaqları yerlərdə təcili tibbi yardım maşınlarının növbətçiliyinin təmin edilməsi

28-02-2018, 11:51

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib

Milli Məclisin 2018-ci ildə keçirilən ilk plenar iclasında spiker Oqtay Əsədov bildirib ki, parlament yaz sessiyasında da dövlət başçısının həyata keçirdiyi quruculuq işlərinin hüquqi bazasını təmin etmək üçün əzmlə çalışacaq. Milli Məclisin Sədri Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncam imzaladığını, iyun ayında Milli Məclisdə bu münasibətlə geniş tədbirlər planlaşdırıldığını deyib. Qeyd edib ki, yaz sessiyasında parlamentdə Konstitusiyaya

28-02-2018, 11:48

Bağça müəllimlərinin tibbi müayinə qaydaları qəbul olundu

Nazirlər Kabineti “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib. Sənədə əsasən, məktəbəqədər yaşda uşaqlarla işləyən təhsilverənlərlə əmək müqaviləsi bağlanılarkən onların yaşadığı ərazi üzrə ambulator və ya stasionar tibb müəssisəsindən sağlamlıq haqqında arayışın təqdim olunması vacibdir. Mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün məktəbəqədər təhsil müəssisələrində çalışanlar ildə bir dəfə dövlət hesabına tibb

28-02-2018, 11:47




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova