Böyük Britaniya Baş Nazirinin ticarət elçisinə yubiley medalı təqdim olunub

Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub, rəhbər şəxslərlə görüşüb. Görüş zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara ali məktəbin tarixi, təhsil və tədris prosesi, beynəlxalq əlaqələri haqqında məlumat verib. Universitetin elmi-tədqiqat və tədris sahəsində fəaliyyəti barədə ətraflı danışan rektor Azərbaycan və Böyük Britaniya arasında bir sıra strateji

31-10-2019, 09:55

Kardiologiya İnstitutunda “Peripartum kardiomiopatiya” mövzusunda elmi-praktik seminar

Akademik C.M.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda “Peripartum kardiomiopatiya” – hamilə qadınlarda və doğuşdan sonrakı erkən mərhələlərdə ürək çatışmazlığına dair elmi-praktik seminar keçirilib. Peripartum kardiomiopatiya hamiləliyin son dörd həftəsi və hamiləlikdən sonrakı dövrdə inkişaf edən, ana ölümü ilə nəticələnə bilən ürək problemidir və hamiləlik zamanı çox tez-tez rast gəlinən patologiyalardandır. Ürək xəstələrində olan bir sıra şikayətlər – başgicəllənmə,

31-10-2019, 09:54

Özbəkistanlı həkimlər Azərbaycanın Davamlı Tibb Təhsili sistemi ilə tanış olublar

Özbəkistan Səhiyyə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə diplomdan sonrakı tibb təhsilinin strukturu ilə tanış olmaq, bu sahədəki faydalı təcrübəni öyrənib tətbiq etmək məqsədilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) olublar. Özbəkistan Səhiyyə Nazirliyinin Elm və Təhsil Müəssisələri idarəsinin rəisi, professor Uktam İsmailov qarşılıqlı əlaqələrin gücləndirilməsini və ortaq layihələrin işlənib hazırlanmasını təklif edib, Azərbaycanda tətbiq olunan

31-10-2019, 09:50

Pediatrlar üçün səyyar kurslar təşkil olunub

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Pediatriya kafedrası Salyan Rayon Mərkəzi Xəstəxanasında pediatrlar üçün “Təxirəsalınmaz pediatriya” mövzusunda səyyar kurs təşkil edib. Kursda Salyan və Neftçalada fəaliyyət göstərən sahə pediatrları, neonatoloqlar, kənd tibb məntəqələrinin ailə həkimləri iştirak ediblər. Kursun əsas məqsədi uşaqlarda təxirəsalınmaz vəziyyətlərdə yardımın təşkili prinsipləri, diaqnostika və tibbi yardımın həyata keçirilməsi

31-10-2019, 09:48

Gəncədə cərrahlar üçün səyyar distant kurs

Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq, Gəncədəki 3 saylı Şəhər Xəstəxanasında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) uşaq cərrahiyyəsi və plastik cərrahiyyə kursları tərəfindən ümumi cərrahiyyə üzrə səyyar distant kurs təşkil edilib. Təlimdə Gəncə şəhərinin tibb müəssisələrində çalışanlarla yanaşı, ətraf rayonlardan gələn həkim-cərrahlar da iştirak ediblər. Əsas məqsədi döş qəfəsi cərrahiyyəsi, qida borusu və diafraqmanın cərrahi xəstəlikləri

31-10-2019, 09:46

Respublika Narkoloji Mərkəzində UNAIDS-in xüsusi məsləhətçisi ilə görüş keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində (RNM) Birləşmiş Millətlər Təşkilatının (BMT) İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) Şərqi Avropa və Mərkəzi Asiya üzrə xüsusi məsləhətçisi Mişel Kazaçkin ilə görüş keçirilib. Tədbirdə RNM-in direktoru Araz Manuçehri-Lalei ölkəmizdə narkomaniyaya qarşı aparılan işlər barədə məlumat verib. Görüşdə professor Mişel Kazaçkin qeyd edib ki, BMT qurumları arasında narkotik istifadəçilərinin cinayətkar olmaması üzrə ümumi mövqe

31-10-2019, 09:42

Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib

Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 10 təcili tibbi yardım avtomobili təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək, muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması, ixtisaslı kadrların hazırlanması, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması üzrə görülən tədbirlərdən danışıb. Bildirib ki, səhiyyə

31-10-2019, 09:41

Elmi-Tibbi Şuranın növbəti iclası keçirilib

Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti iclasında ilkin səhiyyə xidmətinin klinik protokolların tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin tibbdə elmi adların və dərəcələrin verilməsinin yeni qaydaları, Elmi-Tibbi Şura tərəfindən akkreditə olunmuş tədbirlər haqqında hesabat və s. mövzular iclasın gündəliyinə daxil edilib. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov gündəliyə daxil edilən mövzulara dair

31-10-2019, 09:39

Milli Oftalmologiya Mərkəzinin Şəki filialı açıldı

Azərbaycanın şimal bölgəsinin əhalisinə yüksək ixtisaslı oftalmoloji yardımın göstərilməsi məqsədilə Şəki şəhərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) filialı yaradılıb. MOM Şəki filialının rəsmi açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov, tibb müəssisələrinin əməkdaşları, Türkiyə və Rusiyadan xarici

31-10-2019, 09:33

Azərbaycan Qlobal Fondun donor cəmiyyətinə töhfə verir

Fransanın Lion şəhərində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun fəaliyyətini maliyyələşdirmək və 2030-cu ilədək bu epidemiyalara son qoymaq məqsədi ilə Fondun VI konfransı keçirilib. Hədəf zəruri çağırışlara cavab vermək üçün 14 milyard dollar toplamaqdır. Azərbaycan Respublikasının Qlobal Fond ilə tərəfdaşlığı çərçivəsində donor olaraq fonda töhfə verməsi tədbirdə xüsusi vurğulanıb. Konfransın işində 700 nümayəndə, o cümlədən 10 dövlət və hökumət başçısı iştirak edib.

31-10-2019, 09:31




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova