İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri”ni təsdiq edib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyinə verilən və dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri inzibati ərazi vahidləri üzrə qruplaşdırılıb. Tibbi ərazi bölmələrinin inzibati ərazi vahidləri üzrə bölgüsü əhalinin sayı, coğrafi ərazi, nəqliyyat infrastrukturu, tibb müəssisələrinin şəbəkəsi və potensialı, həkim və orta tibb
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tibbi aksiya keçirib. Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, tibbi aksiya zamanı AMEA-nın 113 əməkdaşı oftalmoloji müayinədən keçib. Müayinə olunanlarda akkomodasiyanın spazmı, konyunktivit, presbiopiya, miopiya, hipermetropiya, quru göz sindromu, astiqmatizm, katarakta və s. göz xəstəlikləri aşkarlanıb. Aksiyanın
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrası tərəfindən Davamlı Tibbi Təhsil proqramına uyğun olaraq Gəncə Şəhər Səhiyyə İdarəsində stomatoloqlar üçün səyyar kurs təşkil edilib. Kursda Gəncə şəhərində fəaliyyət göstərən həkimlərlə yanaşı, yaxın bölgələrdən olan həkim-stomatoloqlar da iştirak ediblər. Müdavimləri stomatologiyanın aktual məsələləri ilə tanış etmək, onların dişlərin və diş əti sağlamlığının
Azərbaycan Tibb Universitetində (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinskinin 80 illik yubileyi qeyd olunub. ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev professor Vaqif Şadlinskini yubiley ərəfəsində Prezident İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunması
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Əliyevin anadan olmasının 123-cü illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Tədbirdə çıxış edən İnstitutun rektoru, professor Nazim Qasımov professor Əziz Əliyevin tibb elmi və səhiyyə sahəsindəki xidmətlərindən danışıb. Qeyd olunub ki, onun
Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Sənəddə qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Uhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni 2019-nCoV koronavirusu aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb. 2020-ci ilin yanvar ayında Çində alovlanan bu xəstəlik hazırda
Heydər Əliyev Fondu anadangəlmə bullyoz epidermoliz diaqnozu ilə dövlət qeydiyyatında olan 18 yaşınadək şəxsləri dərman preparatları ilə təmin edib. Fondun əməkdaşları Bakı, Ağsu, Ağdam, Astara, Biləsuvar, Xızı, İmişli, Qazax, Masallı, Sabirabad və Şamaxıda olaraq, bir il ərzində istifadə edilməsi nəzərdə tutulan 42 adda dərman preparatını, eyni zamanda, həkimin fərdi qaydada yazdığı resept və tövsiyə məktubunu müvafiq ailələrə çatdırıb. Xatırladaq ki, səhiyyə və sosial sahələrdə fəaliyyət
2019-cu ilin dekabrında Çində ilk dəfə aşkar edilmiş və 2020-ci ilin yanvar ayında alovlanması baş vermiş 2019-nCoV koronavirusuna yoluxanların dünya üzrə ümumi sayı 9 692 nəfərə çatıb. Onlardan 1527 nəfərin vəziyyəti ağırdır. Bu virusdan ölüm hallarının da sayı artır – artıq 213 nəfər vəfat edib. Bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 15 mindən çoxdur. İndiyədək 176 nəfər sağalaraq, xəstəxananı tərk edib. Virusa ən çox yoluxma
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günlərinin təşkili davam edir. Bu görüşlərdə vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, onların həlli istiqamətində tədbirlər görülür. Tərtib edilmiş cədvələ uyğun olaraq, Səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü Ucar Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Ucar və Göyçay rayonlarının sakinlərini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində Çin Xalq Respublikasının (ÇXR) Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlər görülməsi üçün müşavirə keçirilib. Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müşavirədə aidiyyətli dövlət qurumlarının rəhbərləri iştirak ediblər. Toplantıda epidemiyanın Azərbaycana daxil olmasının qarşısını almaq məqsədilə müzakirələr