Azərbaycanda ilk dəfə VIII faktorun Xromogen üsulu ilə müayinəsi aparılıb

Azərbaycanda ilk dəfə Respublika Klinik Xəstəxanasının laboratoriyasında VIII faktorun Xromogen üsulu ilə müayinəsi həyata keçirilib.
Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, dünya miqyasında məhdud sayda ölkədə icra olunan bu müayinənin laboratoriya şəraitində işlənilməsi uğurla nəticələnib.
Xəbəri paylaş