Azərbaycan əczaçılıq sahəsində Belarusla əməkdaşlığı genişləndirir

Azərbaycan əczaçılıq sahəsində Belarusla əməkdaşlığı genişləndirir

Azərbaycan digər postsovet ölkələri kimi, Belarus Respublikası ilə də diplomatik əlaqələri daim inkişaf etdirir. 1993-cü ilin iyununda qurulmuş və bu günə qədər intensiv davam edən dövlətlərarası münasibətlərin dinamikasına hökumət səviyyəsində qarşılıqlı əlaqələrlə yanaşı, iki ölkənin müvafiq qurumları arasında əldə olunmuş razılaşmalar da mühüm təsir göstərir. O cümlədən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) Belaruslu həmkarları ilə qarşılıqlı təcrübə mübadiləsi aparır, əczaçılıq sektorunda əlaqələrin möhkəmləndirilməsi və effektiv inkişafı üçün lazımi işlər görür. Bu gün Azərbaycanın əczaçılıq bazarında Belarus istehsalı olan, rəsmi qeydiyyatdan keçmiş 167 adda dərman preparatı var.
Bu yaxınlarda Minskdə keçirilən “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində keyfiyyətli və ucuz antiretrovirus və vərəm əleyhinə preparatların əlçatanlığının genişləndirilməsi üzrə Regional Konfrans”da Azərbaycanın iştirakı da uğurlu qarşılıqlı əlaqələrin göstəricisidir. Toplantıda ölkəmizi AEM-in direktoru Murad Suleymanov təmsil edib.
Bu haqda həmin qurumdan bizə verilən məlumatda bildirilir ki, AEM ilə Belarus Respublikasının Səhiyyə Xidmətində Ekspertiza və Tədqiqatlar Mərkəzi arasında əvvəlcədən aparılan danışıqlara və razılaşmaya əsasən, konfransdan sonra keçirilən görüşdə tərəflər qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Sənədin əsas məqsədi dərman vasitələri, tibbi ləvazimat və texnikanın ekspertizası, onların keyfiyyətinə nəzarət, dərman vasitələri və tibbi ləvazimatların dövriyyəsinə dair məlumat mübadiləsi sahələrində əməkdaşlığın inkişafından ibarətdir. Bundan başqa, memoranduma əsasən, dərman vasitələri və tibbi ləvazimatların qeydiyyatı və dövriyyəsi üzrə beynəlxalq standartların tətbiqinə dair tövsiyələrin hazırlanmasına dəstək göstəriləcək, mütəxəssislərin və tədqiqat materiallarının mübadiləsi aparılacaq, saxta məhsullara qarşı mübarizə üsulları barədə informasiyanı tərəflər bir-biri ilə paylaşacaqlar.
Toplantıda vurğulanıb ki, bu memorandum indiyədək bir çox sahələr üzrə geniş əlaqələr quran Azərbaycan ilə Belarusun əczaçılıq sahəsində əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova