Dərman bazarında qıtlıq yoxdur

Dərman bazarında qıtlıq yoxdur

Son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycanın dərman bazarında qıtlıq yaranması barədə məlumatlar yayılır. Buna sübut kimi apteklərdə Akineton, Fenazepam və Alflutop adlı dərmanların tapılmaması misal çəkilir və bu, dərmanların qiymətinin tənzimlənməsi ilə əlaqələndirilir.
Səhiyyə Nazirliyinin Mətbuat xidməti bununla bağlı bəyanat yayaraq, Nazirliyin münasibətini açıqlayıb. Bildirilir ki, adı çəkilən bu dərmanlar Tarif Şurası tərəfindən qiymətləri tənzimlənmiş, yaxud növbəti mərhələdə qiymətlərinin tənzimlənməsi nəzərdə tutulmuş təsiredici maddələrə malik dərmanların siyahısına daxil deyil.
Akineton adlı dərman vasitəsi ümumiyyətlə Azərbaycan Respublikasında istehsalçı şirkət tərəfindən dövlət qeydiyyatından keçirilməyib və rəsmi olaraq ölkəyə gətirilmir. Buna görə də müalicə həkiminin məsləhəti ilə bu preparatın alternativi olan, ölkəmizdə dövlət qeydiyyatına alınmış, Parkinson xəstəliyinin müalicəsində effektivliyi və təhlükəsizliyi təsdiqlənmiş Trihexyphenidyl, Carbidopa və Levadopa tərkibli dərman vasitələrindən istifadə etmək olar.
Fenazepam preparatı psixotrop dərman vasitəsi olduğuna görə onun aptekdən satışı yalnız müalicə həkiminin təyinatı əsasında reseptlə aparılır. Bu preparatın reseptsiz müraciət edən şəxsə aptekdən buraxılması qadağandır.
Alflutop preparatının tərkibində xırda dəniz balıqlarının bioaktiv konsentratı var və o, osteoartrozun, osteoxondrozun, spondilyozun müalicəsində köməkçi vasitə kimi istifadə edilir. Bu cür xəstəliklərin müalicəsi üçün dövlət qeydiyyatında olan bir sıra dərman vasitələri mövcuddur, onlardan Chondroitin sulfat, Glucosamine sulfat və Alendronic acid tərkibli dərman vasitələrini göstərmək olar.
Bütün alternativ dərman vasitələri barədə ətraflı məlumat Analitik Ekspertiza Mərkəzinin www.pharma.az internet saytında verilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova