Səhiyyə Nazirliyində əczaçılıq fəaliyyətinə nəzarətlə bağlı müşavirə keçirilib

Səhiyyə Nazirliyində əczaçılıq fəaliyyətinə nəzarətlə bağlı müşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı dərman preparatlarının qiymətlərinin tənzimlənməsinə və bir sıra çatışmazlıqların aradan qaldırılmasına dair göstərişlər vermişdi. Həmin tapşırıqların icrası məqsədilə ötən ay Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin sədrliyi ilə geniş toplantı keçirilmişdi. İclasda dərman vasitələri ilə təchizat sahəsində problemlərin aradan qaldırılması məqsədilə geniş tədbirlərin həyata keçirilməsi, müvafiq planların hazırlanması və bu istiqamətdə zəruri addımların atılması tapşırığı verilmişdi.
Bu tapşırıqların icrası ilə əlaqədar nazirlikdə müşavirə keçirilib.
İclasda çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev dərman vasitələrinin qiyməti sahəsində mövcud vəziyyəti tənzimləmək məqsədilə atılan addımı sosial sahədə tarixi nailiyyət kimi qiymətləndirib. Dövlət başçısının tapşırığının icrası olaraq Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası tərəfindən artıq bir sıra dərmanların qiymətinin tənzimlənməsi barədə qərar qəbul edildiyini, nəticədə, onların qiymətinin nəzərəçarpacaq dərəcədə aşağı salındığını söyləyib. Nazir müavini sentyabrın 15-dən tətbiq olunacaq bu qərarın əhalinin dərman təminatının yaxşılaşdırılması baxımından müsbət təsirləri barədə danışıb, bildirib ki, Səhiyyə Nazirliyi dərmanların qiymətlərinin tənzimlənməsi sahəsində Tarif Şurası ilə sıx əməkdaşlığı davam etdirəcək.
Müşavirədə Səhiyyə Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş “Dərman vasitələri ilə təchizatın yaxşılaşdırılması və əczaçılıq fəaliyyəti sahəsində nəzarətin gücləndirilməsi üzrə Tədbirlər Planı”ndan danışılıb, orada yer alan apteklərə nəzarət, standart formaya uyğun gəlməyən reseptlər üzrə dərmanların satışının qadağan edilməsi, tibb müəssisələrinin dərman təchizatı, dərman vasitələrinin keyfiyyəti və təminatı sahəsində müraciətlərə baxılması və s. məsələlərdən söz açılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova