Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi mütəxəssislərin işə qəbulu məqsədilə müsabiqə elan edir.
Namizədə tələblər:
Təhsili:
“Əczaçılıq” ixtisası üzrə orta tibbi təhsilə malik olmalı.
Dillər: Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində yaxşı bilik səviyyəsinə malik olmalı, oxumaq, yazmaq və başa düşmək bacarığı olmalı;
Kompüter bacarığı: İnternet, MS Word və MS Excel proqramları ilə işləmək bacarığı olmalı;
Xüsusi: beynəlxalq farmakopeyalarla iş təcrübəsi, reaktiv və qidalı mühitlərlə davranış, təhlükəsizlik, hazırlanma və utilizasiya qaydalarını bilməli;
İşində intizamlı, diqqətli və məsuliyyətli olmalı;
Görülən işlər barəsində günlük və aylıq qeydlərin edilməsi və hesabatların hazırlanması.
İş barədə məlumat:
- Laboratoriyada istifadə edilən reagentlərin və indikatorların, bufer məhlulların laboratoriyada istifadə edilən farmakopeyalar və normativ sənədlərin tələblərinə əsasən hazırlanması, etiketlənməsi;
- Görülən işlərlə əlaqədar elektron bazada və jurnallarda qeydlərin aparılması;
- Reagentlərin saxlanma şərtlərinə, keyfiyyət və yararlılığına nəzarət;
- Yararlılıq müddəti bitmiş reagentlərin məhv edilmə üçün siyahısının hazırlanması və qablaşdırılması;
- Mikrobioloji analizlər üçün qidalı mühitlərin hazırlanması, qeydlərin aparılması, qidalı mühitlərin saxlanma şərtlərinə, keyfiyyət və yararlılığına nəzarət.
- Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
- İş qrafiki – həftədə 5 gün.
Göstərilən tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.
***
Analitik Ekspertiza Mərkəzi "Qeydiyyat-ekspertiza şöbəsinin mütəxəssisi" vəzifəsi üzrə mütəxəssislərin işə qəbulu məqsədilə müsabiqə elan edir.
Namizədə tələblər:
Təhsili:
“Əczaçılıq” ixtisası üzrə tibb təhsilinə malik olmalıdır.
Dillər: Azərbaycan dilində səlis, rus və ingilis dillərində yaxşı səviyyədə oxumaq, yazmaq, danışmaq və başa düşmək bacarığı olmalıdır.
Kompüter bacarıqları: İnternet, MS Word, MS Excel və MS PowerPoint proqramları ilə işləmək bacarığı olmalıdır.
Xarici və daxili ezamiyyətlərdə iştirak edə bilməlidir.
İşində intizamlı və məsuliyyətli olmalıdır.
Görülən iş barəsində günlük və aylıq hesabat verməyi bacarmalıdır.
İş barədə məlumat:
- Dərman vasitələrinin dövlət qeydiyyatına alınması prosedurunun həyata keçirilməsi;
- Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi;
- İş qrafiki – həftədə 5 gün, saat 9:00-dan 18:00-dək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Qeydiyyat-ekspertiza şöbəsinin mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqlar.