Apteklərdə monitorinqlər davam edir

Apteklərdə monitorinqlər davam edir

İlin əvvəlindən 34 aptekdə yoxlamalar aparılıb

Bu il yanvarın 1-dən fevralın 24-dək ölkə üzrə 34 aptekdə, o cümlədən Bakı şəhərində 26, digər bölgələrdə 8 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.
Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, əczaçılıq müəssisələrində nəzarət yoxlamaları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq icra edilir. Qanunvericiliyə uyğun olaraq, plan üzrə (növbəti) və daxil olan şikayət, məlumat və müraciətlər əsasında plandankənar (növbədənkənar) yoxlamalar keçirilir. Əczaçılıq müəssisəsi yoxlanarkən “Dərman vasitələri haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunlarının və Səhiyyə Nazirliyinin Kollegiyasının “Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 11 yanvar 2018-ci il tarixli Qərarı ilə təsdiqlənmiş Əlavələrin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.
AEM-dən verilən məlumata görə, bu il ərzində 34 aptekdə aparılmış yoxlamalar nəticəsində 58 adda, 90,4 qutu qeydiyyatsız və sertifikatsız dərman vasitəsi müsadirə edilib.
İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 19 protokol tərtib edilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova