Avropa İttifaqında COVID-19 əleyhinə preparat təsdiq edilib
Koronavirusla mübarizədə Avropa İttifaqı ölkələri yeni preparatdan istifadə edəcəklər. Belə ki, Avropa Dərman Agentliyi (ЕМА) COVID-19 əleyhinə “Pfizer” şirkətinin “Paxlovid” tabletlərini təsdiq edib. Bu barədə AZƏRTAC “Euronews” kanalına istinadla xəbər verib.
Bu preparat xəstəyə əlavə oksigen tələb olunmadıqda, lakin xəstəliyin ağır formalarının inkişafı riski mövcud olduqda tətbiq ediləcək.
“Paxlovid” dekabr ayında ABŞ-da və Böyük Britaniyada təsdiq edilib. İtaliya, Almaniya və Belçika onu artıq alıb.