Analitik Ekspertiza Mərkəzinin nəzdində ictimai əsaslarla Elmi Şura yaradılıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən Elmi Şura təşkil edilib. Şura mərkəzin əməkdaşlarının elmi-təşkilati və tədqiqat işlərinə rəhbərliyi həyata keçirəcək.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, Elmi Şuranın əsas məqsədi işçilərin elmi-tədqiqat işlərini ölkənin tibb və əczaçılıq sahəsinin mühüm problemlərinə, inkişaf dinamikasının yüksəldilməsinə doğru istiqamətləndirməkdən ibarətdir.
Həmçinin Azərbaycanda və xarici ölkələrdə tibb və əczaçılıq sahəsində elmi-tədqiqat işlərinin təşkili və aparılması təcrübəsinin öyrənilməsi, problemlərin müzakirəsinə həsr olunmuş tədbirlərin həyata keçirilməsi, elmi işlərin və layihələrin ekspertizasının təşkili, uğurları özündə əks etdirən əsərlərin, metodik tövsiyələrin hazırlanması və nəşr edilm