Sizin Reklam Burada!

Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın səhiyyə naziri Teymur Musayev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ticarət Palatasının üzvləri ilə görüş keçirib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, görüş zamanı Azərbaycan ilə ABŞ arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər səhiyyə sisteminin modernləşdirilməsi, innovativ tibbi texnologiyaların tətbiqi, əczaçılıq sənayesində və tibb təhsili istiqamətində əməkdaşlıq

28-02-2026, 17:40

Səhiyyə naziri jurnalistlərə açıqlama verib

Səhiyyə naziri Teymur Musayev mətbuat nümayəndələrinin ona ünvanladıqları bir sıra sualları cavablandırıb. AZƏRTAC xəbər verir ki, səhiyyə naziri jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin qəzalı və əsaslı təmirə ehtiyacı olan bütün tibb müəssisələrini siyahıya alaraq investisiya layihəsinə daxil etdiyini söyləyib. Nazir bildirib ki, vəsait ayrıldıqca Səhiyyə Nazirliyi həmin müəssisələri təmir edib, aidiyyəti üzrə təhvil verir. Jurnalistin plastik cərrahiyyə ilə bağlı sualına cavab

28-02-2026, 17:39

“Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” ratifikasiya olunub

Milli Məclis “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası”nı ratifikasiya edib. AZƏRTAC xəbər verir ki, 2015-ci il martın 25-də Santiaqo-de-Kompostela şəhərində imzalanmış “Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası” Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilib. Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, habelə qurbanların hüquqlarının müdafiəsi və tərəflər arasında milli və

28-02-2026, 17:36

Səhiyyə Nazirliyindən Ağdərənin balaca sakinləri üçün tibbi aksiya

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Ağdərə rayonunda yaşayan uşaqlar üçün kompleks səyyar tibbi müayinələr həyata keçirilib. Nazirliyin mətbuat xidmətinin bildirdiyinə görə, tibbi aksiya əhalinin sağlamlığının qorunması, xüsusilə azad olunmuş ərazilərə qayıdan ailələrin və uşaqların keyfiyyətli səhiyyə

28-02-2026, 16:12

Səhiyyə Nazirliyi “Qlobal səhiyyə diplomatiyası üzrə yüksək səviyyəli dialoq”da təmsil olunub

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisi tərəfindən 16–18 fevral 2026-cı il tarixlərində Aşqabad şəhərində “Qlobal səhiyyə diplomatiyası üzrə yüksək səviyyəli dialoq” mövzusunda konfrans-seminar keçirilib. Səhiyyə Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, tədbir Türkmənistan hökumətinin dəstəyi ilə təşkil olunub və yüksək səviyyəli beynəlxalq nümayəndə heyətlərini bir araya gətirib. Konfrans ÜST-nin Avropa Regional Ofisinin “Əlaqə, Müdafiə və Diplomatiya vasitəsilə

28-02-2026, 16:10

Kardiologiya İnstitutunda elektrofiziologiya laboratoriyası yaradılıb

Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar çərçivəsində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elmi Tədqiqat Kardiologiya İnstitutunda elektrofiziologiya (EPİ) laboratoriyası istifadəyə verilib. Bu, dövlət tibb müəssisəsində yaradılan ilk belə ixtisaslaşmış laboratoriyadır. Nazirliyin mətbuat xidmətinin bu barədə yaydığı məlumatda bildirilir ki, yeni yaradılmış laboratoriyada ürək ritm pozuntularının diaqnostikası və müalicəsi məqsədilə invaziv elektrofizioloji

28-02-2026, 15:58

Pediatriya üzrə beynəlxalq konqres keçirilib

Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının birgə təşkilatçılığı ilə “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” adlı beynəlxalq konqres keçirilib. AZƏRTAC xəbər verir ki, pediatriya sahəsində görkəmli alimlərin yubileylərinə həsr olunmuş tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra konqres iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından

28-02-2026, 15:48

İSİM ilə Azərbaycan Pediatriya Cəmiyyəti arasında Memorandum imzalanıb

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə “Azərbaycan Pediatriya Cəmiyyəti” İctimai Birliyi (APCİB) arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu barədə Mərkəzdən verilən məlumata görə, sənəd İSİM və APCİB arasında ikitərəfli əməkdaşlığın çərçivələrini müəyyən edir. Memorandumu İSİM-in baş direktoru Səbinə Babazadə və APCİB-in sədri Əli Quliyev imzalayıblar. Bu əməkdaşlıq Azərbaycanda körpə və uşaq sağlamlığının inkişafı, pediatriyanın tərəqqisi istiqamətində birgə

28-02-2026, 15:13

“Hüquqlarınla parla!” layihəsinin bağlanışı olub

Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbiri keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, tədbir çərçivəsində Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini

28-02-2026, 15:01

Azərbaycanın Gənc Oftalmoloqlarının XVII konfransı və III Forumu keçirilib

Əməkdar elm xadimi, professor Zəhra Quliyevanın xatirəsinə həsr olunmuş Azərbaycan Gənc Oftalmoloqlarının XVII konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının III Forumu keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) birgə təşəbbüsü ilə təşkil edilib. Konfransda çıxış edən AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Emin Əlihüseynli komitənin təsis edilməsi, gənclərin

28-02-2026, 13:56


SENTYABR-2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova