Valyuta.com

İtaliya səhiyyə sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

İtaliya səhiyyə sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyev “Milan Expo 2015” Ümumdünya Sərgisi çərçivəsində İtaliyanın Səhiyyə Nazirliyi tərəfindən “Planeti sağlam qidalandıraq” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.
Sərgidəki İtaliya pavilyonunda baş tutan konfransı bu ölkənin səhiyyə naziri xanım Beatriçe Lorenzin açaraq, ərzaq təhlükəsizliyi, sağlam qidalanma və davamlı inkişaf kimi aktual mövzulara toxunub. Bildirib ki, konfrans dünyada ərzaq təminatı, səhiyyə və insan sağlamlığı sahəsində olan problemləri müzakirə etmək, bütün dünya üçün ərzaq və qida təhlükəsizliyini təmin etməyin yollarını araşdırmaq baxımından önəmlidir.
Tədbirdə həmçinin İtaliya parlamentinin müvafiq sahə üzrə komitəsinin nümayəndələri, BMT-nin, Avropa İttifaqının səhiyyə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üzrə nümayəndələri məruzələrlə çıxış ediblər.
Tədbirdən sonra Oqtay Şirəliyev italiyalı həmkarı Beatriçe Lorenzin ilə görüşüb. Söhbət zamanı italiyalı nazir tədbirə qatıldığı üçün azərbaycanlı həmkarına minnətdarlığını bildirib və səhiyyə sahəsində İtaliyanın Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın və İtaliyanın Səhiyyə Nazirlikləri arasında 2016-2018-ci illər üçün səhiyyə və tibb elmləri sahəsində əməkdaşlıq üzrə fəaliyyət planı imzalanıb.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova