Valyuta.com

Gəray Gəraybəyli: "Tibb Universitetinin məzunları Vətən müharibəsində böyük fədakarlıq və peşəkarlıq göstəriblər"

Gəray Gəraybəyli: "Tibb Universitetinin məzunları Vətən müharibəsində böyük fədakarlıq və peşəkarlıq göstəriblər"

Bakıya səfərə gəlmiş Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin üzvləri Azərbaycan Tibb Universitetində (ATU) olublar.
Universitetin mətbuat xidmətindən bildirildiyinə görə, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən görüşdə Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək ali təhsil müəssisəsinin fəaliyyəti, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi üçün görülən işlərdən danışıb.
ATU-nun Hərbi tibb fakültəsi barədə də qonaqlara məlumat verən rektor Vətən müharibəsində məhz bu fakültənin məzunlarının böyük fədakarlıq və peşəkarlıq nümayiş etdirdiklərini, onlardan bəzilərinin döyüşlərdə şəhidlik zirvəsinə ucaldıqlarını bildirib. G.Gəraybəyli həmin qəhrəman tibb işçilərinin xatirəsinin daim hörmətlə anılacağını qeyd edib.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli türkiyəli qonaqların səfəri haqqında məlumat verib.
Türkiyə Milliyyətçi Həkimlər Dərnəyinin sədri Semih Uşaklıoğlu Azərbaycanın apardığı haqq savaşı dövründə türkiyəli həkimlərin də səfərbər olduğunu, Azərbaycana yardım üçün müraciət etdiklərini xatırladıb. S.Uşaklıoğlu dərnəyin üzvləri olan həkimlərin Azərbaycanı haqlı mübarizəsində daim dəstəklədiklərini vurğulayıb.шаблоны для dle 11.2





AVQUST2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova