Valyuta.com

Naxçıvan Muxtar Respublikasına 7 ambulans təqdim edilib

Naxçıvan Muxtar Respublikasına 7 ambulans təqdim edilib

Azərbaycan Respublikası Prezidentinin adından Naxçıvan Muxtar Respublikasına verilən 7 təcili tibbi yardım avtomobili Respublika Olimpiya Mərkəzində Muxtar Respublikanın Baş Nazirinə təqdim edilib.
Dövlət başçısının tapşırığına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən sifariş olunan ambulans maşınların ilk hissəsi ölkəmizə bu ilin iyul ayında, növbəti hissəsi isə sentyabr ayında gətirilib.
Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov “Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılmış 7 ədəd təcili tibbi yardım avtomobilini qəbul edib. Bunlardan 5 ədədi sadə ambulans, 2 ədədi isə reanimobildir.
Naxçıvan Muxtar Respublikasının Baş Naziri söyləyib ki, dövlət başçısının səhiyyə sahəsində yürütdüyü məqsədyönlü siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası koronavirus pandemiyası ilə yüksək səviyyədə mübarizə aparır. Baş Nazir təqdim edilən təcili tibbi yardım avtomobillərini Muxtar Respublikada səhiyyə sahəsində həyata keçirilən işlərə töhfə adlandırıb, bunu yüksək qiymətləndirdiklərini deyib, Azərbaycan Prezidentinə və Birinci vitse-prezidentə təşəkkür bildirib.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova