Valyuta.com

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 4-cü toplantısı keçirilib

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 4-cü toplantısı keçirilib

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş 4-cü toplantısında cəmiyyətin İdarə Heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşəkar mütəxəssislər, alimlərlə görüş keçirilib, məruzələr dinlənilib.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, tədbirdə çıxış edən AOC-un sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov oftalmologiyada olan yeniliklərdən, problemlərdən və gələcək planlardan danışıb.
Cəmiyyətin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “Həkim deontologiyası” mövzusunda məruzə edib, ideal həkimi xarakterizə edib. Daha sonra Milli Oftalmologiya Mərkəzinin əməkdaşları, tibb üzrə fəlsəfə doktorları Mətanət Əfəndiyeva, Günay İbrahimzadə, Avrasiya Hospitalının mütəxəssisi İmran Carullazadə, Tibb Universitetinin oftalmoloqu Gülnar Əliyeva öz təcrübələrində qeydə aldıqları maraqlı kliniki hallarla bağlı məruzə ediblər.
Professorlar Çingiz Carullazadə, Paşa Qəlbinur, Rasim Hacıyev, tibb elmləri doktorları Hicran Namazova, Rəna Ağayeva, oftalmoloq Emin Əlihüseynli və digər mütəxəssislər gənc oftalmoloqların inkişafına aid bir sıra təkliflər irəli sürüb və tövsiyələrini veriblər.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova