Valyuta.com

Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində konfranslar keçirilib

Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində konfranslar keçirilib

Bakıda Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində I Azərbaycan Uşaq Nevroloqları Konfransı və VII Azərbaycan Nevroloqları Konfransı keçirilib. Tədbirdə ölkəmizin nevroloqları ilə yanaşı, Türkiyə, Qazaxıstan, Rusiya və s. ölkələrdən gələn mütəxəssislər, o cümlədən ilk dəfə olaraq Avropa Uşaq Nevroloqları Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, Milli Nevroloqlar Assosiasiyasının sədri, professor Rəna Şirəliyeva həftə çərçivəsində bir sıra tibb müəssisələrində tədbirlər keçirildiyini və nevrologiyanın aktual problemlərinin müzakirə olunduğunu bildirib. O, ölkəmizdə nevroloqların hazırlanması üçün Azərbaycan Tibb Universiteti (ATU) və ADHTİ-nin baza rolu oynadığını qeyd edib. Assosiasiyanın sədri “Azərbaycan nevrologiyasının dünəni, bu günü və sabahı” mövzusunda təqdimatla çıxış edərək, tibbin bu sahəsinin tarixi haqqında məlumat verib və onun gələcəyinin gənc və istedadlı nevroloqların peşə hazırlığından asılı olduğunu diqqətə çatdırıb.
Sonra nevrologiyanın müasir vəziyyətini əks etdirən videoçarx nümayiş olunub.
ATU-nun rektoru, professor Gəray Gəraybəyli Azərbaycanda tibb elminə və təhsilinə göstərilən qayğı nəticəsində ölkəmizdə yüksək səviyyəli tədbirlərin keçirildiyini və orada iştirak edən alim və mütəxəssislərin məruzələrinin həkim, tələbə və rezidentlər üçün olduqca faydalı olduğunu bildirib.
Əziz Əliyev adına ADHTİ-nin rektoru, professor Nazim Qasımov Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində keçirilən tədbirlərin təkcə nevroloqlar üçün deyil, səhiyyənin digər sahələrində çalışan həkimlər üçün də əhəmiyyətli olduğunu, həmçinin ölkəmizdə nevrologiyanın inkişafı sahəsində əldə edilən uğurları diqqətə çatdırıb.
Konfranslarda “Miqrenin patofiziologiyasında KATF kanallarının rolu”, “Epilepsiyanın terapevtik effektivliyinin kontrolu və proqnozlaşdırılması ilə multidissiplinar instrumental diaqnostikası”, “Onurğa beyninin damar malformasiyaları: radioloji diaqnostika və endovaskulyar müalicə”, “Karotid arteriya stenozunun müalicəsi”, “Psixomotor tutmaların diaqnostikası və terapiyası”, “Narahat ayaqlar sindromu”, “Uşaqlarda mərkəzi sinir sisteminin neoplastik xəstəlikləri və onların cərrahi müalicəsi”, “Uşaqlarda epilepsiya və epileptik sindromların müasir təsnifatı” və s. mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycan Nevrologiya Həftəsi çərçivəsində Türkdilli ölkələrin IV Beynəlxalq Nevrologiya Konqresi və “EPNS” tədris kursları da keçirilib.шаблоны для dle 11.2





]Dekabr2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova