Valyuta.com

Xüsusi Tibb Xidmətinin həkim briqadası Gəncədə olub

Xüsusi Tibb Xidmətinin həkim briqadası Gəncədə olub

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət böyük bir həkim briqadası yaralı əsgərlərimizi müayinə etmək, onlara tibbi və mənəvi dəstək göstərmək üçün Gəncə şəhərində olub.
Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin başçılıq etdiyi həkim briqadası Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş xəstələrlə görüşüb, onlara hərtərəfli tibbi yardım göstərib. Xidmətin nümayəndələri cəbhə bölgəsində döyüşən əsgərlərimizə yardım olaraq özləri ilə 300 min manatlıqdan çox dərman preparatı, sarğı materialları və digər zəruri ləvazimatlar gətiriblər.
Xidmətin rəisi Cəmil Əliyev jurnalistlərlə söhbətində deyib ki, erməni silahlı qüvvələrinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində törətdiklərinə cavab olaraq, Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsi ictimaiyyətdə böyük ruh yüksəkliyi, işğal altında olan torpaqlarımızın tezliklə düşməndən təmizlənəcəyinə çox böyük inam yaradıb: “Xəstəxanada baş çəkdiyimiz, yardım etdiyimiz yaralıların, demək olar ki, hamısının tezliklə sağalaraq yenidən döyüşə atılmaq istədiyini görmək xoş və qürurverici idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığını yerinə yetirərkən bir daha əmin olduq ki, xalq öz rəhbəri, öz ordusu və öz övladları ilə birlikdədir və həmişə də birlikdə olacaqdır”.
Akademik Cəmil Əliyev onu da vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin kollektivi hər zaman ordumuzun yanındadır, Silahlı Qüvvələrimizin əsgərlərinə daim tibbi yardım göstərməyə hazırdır və bu ənənəni gələcəkdə də davam etdirəcəkdir.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova