Valyuta.com

ATU beynəlxalq əlaqələri genişləndirir

ATU beynəlxalq əlaqələri genişləndirir

Azərbaycan Tibb Universiteti (ATU) Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi ilə müqavilə imzalayıb.
Universitetin mətbuat xidmətindən bildiriblər ki, müqavilə ATU-nun tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçirilməsini nəzərdə tutur.
Bu, Tibb Universitetinin tədris proqramlarının akkreditasiya olunması, diplomların dünyada tanınma coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir.
2011-ci ildə fəaliyyətə başlayan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik həm institusional, həm də tədris proqramlarının akkreditasiyasını aparır. Agentlik MDB ölkələri arasında Dünya Tibb Təhsili Federasiyası tərəfindən tanınan ilk qurumdur, onun akkreditasiya etdiyi universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyanı əldə etmiş sayılır. Agentlik həmçinin dünya səviyyəli digər nüfuzlu qurumların da üzvüdür.
Qeyd edək ki, 2024-cü ilədək dünya üzrə bütün tibb universitetləri Dünya Tibb Təhsili Federasiyasının beynəlxalq akkreditasiyasını almalıdırlar. Əks təqdirdə, sonradan həmin ali məktəblərin diplomlarının tanınmasında ciddi problemlər yaşana bilər. Odur ki, ATU-nun diplomlarının xarici ölkələrdə tanınması coğrafiyasını genişləndirmək məqsədilə tədris proqramlarının beynəlxalq akkreditasiyası ilə bağlı işlər aparılır. Beynəlxalq akkreditasiyasının əldə olunması məqsədilə Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tərəfindən xüsusi komissiya yaradılıb.

Türkiyənin İstinye Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb

Türkiyənin hərtərəfli dəstəyini hər zaman hiss etmişik. Vətən müharibəsi zamanı Türkiyənin yanımızda olması, Azərbaycanın haqq işini dəstəkləməsi xüsusilə qürurverici oldu.
Bu fikirləri ATU-nun rektoru, professor Gəray Gəraybəyli İstinye Universitetinin rektoru, professor Erdal Karaözün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib. Türkiyə-Azərbaycan birliyinin tarixi köklərə malik olduğunu qeyd edən rektor ATU-nun beynəlxalq əməkdaşlıq layihələrində Türkiyənin böyük yer tutduğunu deyib. Qeyd edib ki, Tibb Universiteti Türkiyənin bir çox universitetləri ilə əməkdaşlıq edir, müxtəlif istiqamətdə ortaq layihələr icra olunur. G.Gəraybəyli ikili diplom proqramının icrası, həmçinin tədris proqramındakı dəyişikliklər barədə də qonaqlara məlumat verib.
İstinye Universitetinin rektoru, professor Erdal Karaöz Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğunu qeyd edərək, bu birliyin təhsil və tibb sahəsində də yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb. Rektor bildirib ki, İstinye Universiteti 2015-ci ildə “21-ci Yüzyıl Anadolu” Vəqfi tərəfindən yaradılıb. 9 fakültəni, 2 kollec və 3 institutu özündə birləşdirən İstinye Universiteti ATU ilə əməkdaşlığın təməlini təşkil edəcək məsələlər barədə təkliflərini səsləndirib.
Görüşdə iki universitet arasında əməkdaşlıq perspektivləri, tələbələrin inkişafına yönələn layihələr, akademik heyət tərəfindən keçiriləcək qarşılıqlı ustad dərsləri və s. haqqında geniş müzakirələr aparılıb.
Sonra Azərbaycan Tibb Universiteti ilə İstinye Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Daha sonra Erdal Karaöz ATU-nun Tədris Cərrahiyyə Klinikasında “Laboratoriyadan klinikaya qədər kök hüceyrə tətbiqləri” mövzusunda mühazirə ilə çıxış edib.

ATU ilə Polşanın tibb universitetləri arasında əlaqələr qurulacaq

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb.
Görüşdə G.Gəraybəyli ATU-nun fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Bildirib ki, hazırda dünyanın 80-ə yaxın elm və təhsil qurumu ilə bağlanmış müqavilələr əsasında əməkdaşlıq edilir. Polşa Respublikasının ali təhsil ocaqları, elmi qurumları ilə əlaqələrin qurulmasının əhəmiyyətindən bəhs edən rektor müxtəlif istiqamətlər üzrə əməkdaşlıq üçün hər bir imkan olduğunu diqqətə çatdırıb. Rektor Polşa Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu əlaqələrin yaradıla biləcəyini, qarşılıqlı əməkdaşlıq sayəsində bir çox uğurlu layihələrə imza atıla biləcəyini vurğulayıb.
ATU-nun 90 illik tarixi haqqında səfirə məlumat verən professor həmçinin universitetin müasir dövrdəki fəaliyyətinə də nəzər salıb. Pandemiya ilə əlaqədar yaranan gərgin vəziyyətə baxmayaraq, tədris sisteminin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün universitet daxilində görülən işlərdən bəhs olunub. Bildirilib ki, ATU beynəlxalq akkreditasiya üçün müraciət edib və yaxın zamanlarda bu istiqamətdə də müsbət nəticə əldə ediləcəyi gözlənilir. Görüş zamanı ATU-da 39 ölkədən 2000-dən çox əcnəbi tələbənin təhsil aldığı da diqqətə çatdırılıb.
Ölkəsinin Azərbaycanla münasibətlərindən, tibb sahəsindəki əlaqələrdən danışan səfir iki ölkə arasında əməkdaşlıqdan bəhs edən kitabı ATU-ya hədiyyə edib. Polşada 11 universitetin tibb profilli olduğunu vurğulayan R.Poborski həmin ali məktəblərlə ATU arasında münasibətlərin yaradılmasının vacibliyindən danışıb, bu istiqamətdə işlərin aparılmasına dəstəyini ifadə edib.
Görüşdə ATU və Polşa alimlərinin birgə tibb təhsili üzrə dərsliklər hazırlaması məsələsi də müzakirə olunub. Qonaqlar ATU-nun kitabxanasına polşalı alimlərin müəllifi olduğu müxtəlif dərslikləri hədiyyə ediblər.

Antalya Bilim Universiteti ilə əməkdaşlıq planları müzakirə olunub
Antalya Bilim Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin qonağı olub.
ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev türkiyəli mütəxəssislərə universitetin tarixi, müasir dövrdəki fəaliyyəti və beynəlxalq əlaqələri barəsində məlumat verib.
Türkiyənin elm və təhsil qurumları ilə geniş əlaqələrdən bəhs edən Orxan İsayev bildirib ki, Antalya Bilim Universiteti ilə də belə əməkdaşlıq üçün bütün lazımi imkanlar var. Qonaqlara həmçinin universitetin fakültələri, tədris proqramları və klinikalarından bəhs edilib.
Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov elmi istiqamətdə görülən işlər haqqında geniş məlumat verib. ATU-nun “Scimago” beynəlxalq reytinq siyahısına daxil olduğunu bildirən prorektor yüksək impakt faktorlu jurnallarda çap olunan məqalə sayında artım olduğunu qeyd edib.
Antalya Bilim Universitetinin prorektoru, professor Hamza Kandur təmsil etdiyi ali təhsil ocağı haqqında danışıb. Qeyd edib ki, dünyanın 74 ölkəsindən tələbələri olan bu universitetdə 20-yə yaxın ölkənin professorları və mütəxəssisləri dərs deyir. Antalya Bilim Universitetinin nəzdində 7 fakültə ilə yanaşı, həm də peşə məktəbləri və institutlar fəaliyyət göstərir. Universitet dünyanın bir çox məşhur ali təhsil qurumları ilə əməkdaşlıq edir.
Görüşdə ATU ilə Antalya Bilim Universiteti arasında əməkdaşlıq planları, bu qurumun Bakıda yaradacağı laboratoriyada Tibb Universiteti tələbələrinin praktika keçə bilməsi və digər məsələlər müzakirə olunub.шаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova