Sizin Reklam Burada!

İSİM-də Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

İSİM-də Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə iqlim dəyişikliyinin səhiyyəyə təsiri üzrə məsləhətçi David Angelson, AİB-in layihələr üzrə baş mütəxəssisi Səbinə Yusifova, Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Rəna Hüseynova və İSİM-in nümayəndələri iştirak ediblər.
İSİM-in direktoru Səbinə Babazadə qonaqları salamlayaraq, iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərinin idarə olunmasının hazırda ən aktual mövzulardan biri olduğunu vurğulayıb. O, İSİM tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər və görülən işlər barədə məlumat verib.
Görüşdə Azərbaycanda iqlim dəyişikliyinin və təbii təhlükələrin əhalinin sağlamlığına, eləcə də səhiyyə sisteminə təsirlərinin, mövcud risklərin qiymətləndirilməsi üzrə hazırlanmış layihə ətrafında geniş müzakirələr aparılıb. Qeyd olunub ki, bu layihə səhiyyə sahəsində gələcək dövlət planlaması və investisiyalar üçün ilkin baza rolunu oynayır.


Xəbəri paylaş


Iyul 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova