Sizin Reklam Burada!

Azərbaycanda uşaq psixi sağlamlığı üzrə tədbirlər Tacikistanda təqdim olunub

Azərbaycanda uşaq psixi sağlamlığı üzrə tədbirlər Tacikistanda təqdim olunub

Tacikistan Respublikasının Düşənbə şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşkilatçılığı ilə uşaq və yeniyetmələrə göstərilən psixi sağlamlıq xidmətlərinin keyfiyyətinin artırılmasına həsr olunmuş regional görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının baş həkimi Leyla Bəşirova və Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Rəna Hüseynova iştirak ediblər.
Bu barədə Nazirliyin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, görüş çərçivəsində uşaq və yeniyetmələrin psixi sağlamlıq xidmətlərinin keyfiyyətinin artırılması, icma əsaslı xidmətlərin inkişafı, insan hüquqlarına əsaslanan yanaşmalar, eləcə də iştirakçı ölkələrdə həyata keçirilən islahatlar müzakirə olunub.
Sessiya zamanı Leyla Bəşirova Azərbaycanda bu sahədə həyata keçirilən tədbirlər və gələcək prioritetlər barədə təqdimatla çıxış edib.
Səfər çərçivəsində həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanası ilə Tacikistan Respublikasının Respublika Klinik Psixi Sağlamlıq Mərkəzi və Respublika Uşaq və Yeniyetmələrin Psixi Sağlamlıq Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb.
Sənədlər psixi sağlamlıq sahəsində təcrübə mübadiləsinin, mütəxəssislərin hazırlanması və peşəkar inkişafının, eləcə də institusional əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
Regional görüş ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və uşaq və yeniyetmələrin psixi sağlamlığı sahəsində xidmətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.


Xəbəri paylaş


Avqust 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova