Sizin Reklam Burada!

Azərbaycan nümayəndə heyəti ÜST tədbirində mükafata layiq görülüb

Azərbaycan nümayəndə heyəti ÜST tədbirində mükafata layiq görülüb

ÜST-nin Avropa Regional Bürosunun təşkil etdiyi Səhiyyə Xidmətlərinin Keyfiyyəti və Pasiyent Təhlükəsizliyi üzrə Regional Məktəbdə Azərbaycan nümayəndə heyəti ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyəti, tibb müəssisələrinin akkreditasiyası və pasiyent təhlükəsizliyi istiqamətində həyata keçirilən islahatları və əldə olunan nəticələri əks etdirən poster təqdim edib.
Tədbirdə müxtəlif ölkələrdən olan mütəxəssislər səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, pasiyent təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq təcrübələrin paylaşılması istiqamətində fikir mübadiləsi aparıblar.
Azərbaycanın təqdim etdiyi poster “Səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi üzrə sistemin gücləndirilməsi sahəsində ən yaxşı poster” nominasiyasında mükafata layiq görülüb. Bu uğur ölkəmizdə səhiyyə sahəsində keyfiyyətin idarə olunması və pasiyent təhlükəsizliyi istiqamətində həyata keçirilən ardıcıl fəaliyyətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi ilə Tacikistanın Tibbi Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb.


Xəbəri paylaş


Avqust 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova