Sizin Reklam Burada!

Daşkəsəndə sosial layihə çərçivəsində müayinə aksiyası keçirilib

Daşkəsəndə sosial layihə çərçivəsində müayinə aksiyası keçirilib

“Həmkardan həmkara qayğı ilə” sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Daşkəsən rayonunda təşkil olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib.
Bu barədə AHİK-in mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında keçirilən müayinələr zamanı kardiologiya, endokrinologiya, uşaq nevrologiyası, nevrologiya, dermatologiya və urologiya istiqamətləri üzrə həkimlər tərəfindən tibbi müayinələr aparılıb.
İki gün ərzində ümumilikdə 300-dən çox rayon sakini müayinədən keçib. Müayinə nəticəsində səhhətində problem aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib və müalicə istiqamətləri müəyyənləşdirilib.
“Həmkardan həmkara qayğı ilə” layihəsi ucqar bölgələrdə yaşayan əhalinin tibbi xidmətlərə çıxış imkanlarının artırılması, onların sağlamlığının qorunması və dövlətimizin sosial siyasətinə töhfə vermək məqsədi daşıyır.
2025-ci ilin aprel ayından start götürən layihə çərçivəsində indiyədək ümumilikdə 3 minə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb.





Xəbəri paylaş


İyun 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova