Sizin Reklam Burada!

Laçında keçirilən növbəti tibbi aksiyada 100-ə yaxın vətəndaş müayinə olunub

Laçında keçirilən növbəti tibbi aksiyada 100-ə yaxın vətəndaş müayinə olunub

Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin bölgələrdə əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərə əlçatanlığının artırılması istiqamətində tədbirləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu məqsədlə nazirliyin təşkilatçılığı ilə Laçın şəhərində növbəti səyyar tibbi müayinə aksiyası keçirilib.
Aksiyada Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun ixtisaslaşmış həkim briqadası iştirak edib. Nevroloq, revmatoloq-artroloq, travmatoloq, uroloq, oftalmoloq, terapevt, fizioterapevt-reabilitoloq və tibb bacılarından ibarət heyət tərəfindən sakinlərə kompleks tibbi xidmətlər göstərilib.
Müayinələr çərçivəsində vətəndaşlar nevroloji, artroloji, travmatoloji, uroloji, terapevtik və fizioterapevtik-reabilitasiya istiqamətləri üzrə müayinələrdən keçiblər. Eyni zamanda, nevroloqlar tərəfindən elektromioqrafiya (EMQ), oftalmoloqlar tərəfindən isə refraktometr vasitəsilə göz müayinələri aparılıb.
Aksiya zamanı 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib.
Müayinələr zamanı müxtəlif sağlamlıq problemləri aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə kursları və əlavə müayinələr təyin olunub.
Aksiya çərçivəsində ortayaşlı əhali arasında onurğa, sinir sistemi, dayaq-hərəkət aparatı və serebrovaskulyar xəstəliklərin erkən aşkarlanması istiqamətində müayinələr aparılıb. Həmçinin 14 yaşadək uşaqlarda, eləcə də 16–65 yaş aralığında olan şəxslərdə skolioz və digər vertebrogen problemlərin diaqnostikası və bərpası istiqamətində qiymətləndirmələr həyata keçirilib. Uşaqlar üçün fizioterapevtik baxışlar da təşkil olunub.





Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova