Sizin Reklam Burada!

Səhiyyə naziri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Səhiyyə naziri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Səhiyyə naziri Teymur Musayev Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüş keçirib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüş zamanı tərəflər səhiyyə sisteminin inkişafı, tibbi təhsil, ixtisaslı kadr hazırlığı, rəqəmsal səhiyyə həlləri, eləcə də ictimai səhiyyə sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Teymur Musayev ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması, səhiyyənin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və səhiyyə infrastrukturunun müasirləşdirilməsi barədə məlumat verib.
Səfir Maria Papakonstantinu göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Yunanıstanın Azərbaycan ilə səhiyyə sahəsində əməkdaşlığın inkişafına önəm verdiyini qeyd edib. O, iki ölkənin aidiyyəti qurumları arasında əlaqələrin daha da genişləndirilməsi üçün imkanların mövcud olduğunu vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.


Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova