Səhiyyə Nazirliyi Füzulidə qadınlar və yenidoğulmuşlar üçün səyyar tibbi aksiya təşkil edib

Səhiyyə Nazirliyi Füzulidə qadınlar və yenidoğulmuşlar üçün səyyar tibbi aksiya təşkil edib

Səhiyyə Nazirliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yerli əhali arasında sağlam həyat tərzinin təşviqi, həmçinin səyyar tibbi müayinə və maarifləndirmə aksiyalarının keçirilməsini davam etdirir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu qəbildən olan növbəti aksiya Füzuli rayonunda təşkil olunub. Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloq, neonatoloq və orta tibb işçilərindən ibarət heyəti tərəfindən qadınlar üçün kompleks tibbi müayinələr aparılıb, eyni zamanda, maarifləndirici tədbirlər keçirilib.
“Böyük Qayıdış” Proqramı çərçivəsində təşkil olunan səyyar tibbi aksiyanın əsas məqsədi əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, ana və uşaq sağlamlığının qorunması, yenidoğulmuşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, yeniyetmələrin reproduktiv sağlamlığının təmin edilməsi, bu istiqamətdə profilaktik tədbirlərin gücləndirilməsi və əhalinin tibbi bilgilərinin artırılmasıdır.
Aksiya çərçivəsində institutun həkimləri qadınlarda tibbi müayinələr aparıblar. Eyni zamanda, yenidoğulmuşlara tibbi baxış keçirilib, analar və yeniyetmələr üçün fərdi konsultasiyalar təqdim olunub. Neonatoloqlar tərəfindən yenidoğulmuşların sağlamlıq göstəriciləri qiymətləndirilib, analar üçün neonatal skrininqin əhəmiyyəti, yenidoğulmuşlara düzgün qulluq, qidalanma və ilkin baxım mövzularında maarifləndirici təlimlər təşkil olunub. Tədbirdə 140-a yaxın yeniyetmə yaş qrupuna aid olan qızlar və onların valideynləri iştirak ediblər.






Xəbəri paylaş



Mart 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova